‘Bankların bağlanması davam edəcək’ -tanınmış iqtisadçıdan PROQNOZ

‘Bankların bağlanması davam edəcək’ -tanınmış iqtisadçıdan  PROQNOZ
İQTİSADİYYAT
15:29 22.07.2016
2337

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib.

Iqtisadçı alim Vüqar Bayramov "Facebook" səhifəsində bu olaya münasibətini açıqlayıb. O yazıb ki, bu qərar gözlənilən idi.

"Hələ ötən ilin sonunda bankların sayının azalacağını bildirmişdim. Amma təbii ki, bunlar da bağlanan sonuncu banklar olmayacaqlar. Neft bumu dövründə yüksək faizlərlə böyük gəlirlər qazanan “ərköyün banklar” post-neft dövrünə hazır ola bilmədilər. Təəssüf ki, öz funksiyalarını tam yerinə yetirməyən amma lisenziyası geri alınmayan bankların sayı heç də az deyil. Hal-hazırda əmanətçilərin öz halal pullarını qaytara bilmədikləri banklar var, amma təəssüf ki, palata onların lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etmir. Nəticədə, sığorta hadisəsi baş vermədiyindən əmanətçilər öz depozitlərini geri götürə bilmirlər. Əslində, belə bankların da lisenziyasının geri alınmasına və əmanətlərin tam şəkildə fond tərəfindən ödənilməsi təmin edilməlidir.

Dörd bankın hamısı Əmanətlərin Sığortlanması Fondunun üzvləri olduğundan onların müflis elan edilməsi artıq sığorta hadisəsinin baş verməsi deməkdir. Əmanətçilər öz sığortalanan pullarını fonddan geri almalıdırlar. Bu zaman artıq əmanətlərin hissə-hissə deyil, tam şəkildə qaytarılması həyata keçirilməlidir. Gözlənilir ki, palata bu banklara müvəqqəti inzibatçı təyin ediləcək. Əmanətçilər bundan sonra öz pullarını geri ala bilməlidirlər. Əmanətlərin Sığortlanması Fondu tərəfindən sığortalanan hər bir depozitin son qəpiyinədək əmanətçiyə qaytarılması olduqca vacibdir. Qeyd edim ki, mövcud qanunvericilikdə məbləğindən asılı olmayaraq bütün depozitlər sığortalanır. Sadəcə, maksiumum divident faizi dollar əmanətləri üzrə 3, manat əmanətlərində isə 12 faizdən çox olmamalıdır".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir