Bankokda daşqınlara görə məktəblər bağlanır

Bankokda daşqınlara görə məktəblər bağlanır
DÜNYA
14:11 27.09.2026
138
Fasiləsiz yağan güclü yağışların səbəb olduğu daşqınlar və nəqliyyatda yaranan problemlər səbəbindən sentyabrın 28-də Banqkokdakı məktəblər müvəqqəti olaraq bağlanacaq.

AZXEBER.COM xəbər verir ki, bu haqda "Nation Thailand” məlumat yayıb.

Banqkok şəhər administrasiyasının Təhsil Departamenti şagirdlərin və işçilərin təhlükəsizliyini əsas gətirərək, bir gün əvvəl şəhər tabeliyindəki məktəblərin bağlanacağını elan edib. Mütəxəssislər əlverişsiz hava şəraiti səbəbindən zərər görmüş ola biləcək binaları yoxlayacaq və məktəbləri dərslərin bərpasına hazırlayacaqlar.

Məktəb rəhbərlərinə bağlanma ilə bağlı valideynlərə dərhal məlumat vermək barədə göstəriş verilib.
OXŞAR XƏBƏRLƏR