Bankomatda qalan pulu oğurlayan şəxs saxlanıldı

Bankomatda qalan pulu oğurlayan  şəxs saxlanıldı
KRİMİNAL
14:07 17.03.2026
148
Nizami rayonunda paytaxt sakini olan bir nəfər bankomatda unutduğu 676 manatının oğurlanması barədə polisə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı H.Allahverdiyev müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalar zamanı məlum olub ki, kart sahibi əməliyyatı başa çatdıra bilməyib və bankomatın yanından uzaqlaşıb. H.Allahverdiyev isə hesabın açıq olduğunu görərək zərərçəkənin maddi vəsaitini oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR