Banqladeşdə dəhşətli qəza: avtobusla qatar toqquşdu

Banqladeşdə dəhşətli qəza: avtobusla qatar toqquşdu
DÜNYA
10:54 22.03.2026
180
Banqladeşin cənub-şərqində yerləşən Komilla bölgəsində sərnişin avtobusu ilə qatarın toqquşub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çittaqonqdan paytaxt Dəkkə istiqamətində hərəkət edən poçt qatarı Komillada avtobusla toqquşub.

İlkin məlumata əsasən, qəza zamanı 12 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Səlahiyyətli qurumlar bildiriblər ki, toqquşmadan sonra qatarın lokomotivinə ilişən avtobus təxminən bir kilometr məsafə boyunca sürüklənərək tam yararsız hala düşüb.

Hadisədən sonra Dəkkə–Çittaqonq dəmir yolu xəttində qatarların hərəkəti təxminən üç saat dayandırılıb, lakin ərazi təmizləndikdən sonra xidmətlər yenidən bərpa olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR