Banqladeşdə hava limanında yanğın: Uçuşlar dayandırılıb

Banqladeşdə hava limanında yanğın: Uçuşlar dayandırılıb
DÜNYA
18:48 18.10.2025
122
Banqladeşin paytaxtı Dəkkədə yerləşən Şahcalal Beynəlxalq Hava Limanının yük terminalında yanğın baş verib.

Hadisə nəticəsində hava limanının fəaliyyətinə müvəqqəti fasilə verilib.

Hava limanının rəsmisi Masudul Həsən bildirib ki, təhlükəsizlik məqsədilə əməliyyatlar dayandırılıb. Banqladeş Yanğınsöndürmə və Mülki Müdafiə Departamentinin nümayəndəsi Talha Bin Zasim isə yanğının söndürülməsinə 36 yanğınsöndürmə briqadasının cəlb olunduğunu deyib.

Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.
 
/APA
OXŞAR XƏBƏRLƏR