Banqladeşdə qayıq batıb, 20-dən çox adam ölüb

Banqladeşdə qayıq batıb, 20-dən çox adam ölüb
DÜNYA
20:01 25.09.2022
284
Banqladeşin şimalında qayığın batması nəticəsində azı 23 nəfər həlak olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "The Bangladesh Observer” qəzeti məlumat yayıb.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Təxminən 50 nəfər itkin düşmüş hesab olunur.

Qəzanın səbəbləri hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR