Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Banqladeşdə baş verən sel fəlakətində milyonlarla insanın zərər çəkdiyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hesabata əsasən Banqladeşdəki musson mövsümü ilə əlaqədar baş verən fəlakətin nə qədər böyük olduğu göstərilib.
Qeyd olunub ki, ölkənin 11 bölgəsində milyonlarla insana maddi mənəvi zərər dəyib.
1 milyona yaxın sakin evsiz qalıb.
Bölgədə yüzlərlə çadır şəhərciyi salınıb.
Cəmalə