Banqladeşdə zəlzələ nəticəsində 10 nəfər ölüb, 300 nəfər xəsarət alıb

Banqladeşdə zəlzələ nəticəsində 10 nəfər ölüb, 300 nəfər xəsarət alıb
DÜNYA
10:54 22.11.2025
64
Banqladeşin paytaxtı Dakkada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 300-dən çox insan yaralanıb.

AZXEBER.COM xəbər verir ki , bu barədə "Dhaka Tribune" qəzeti məlumat yayıb.

Yaralılar şəhərin müxtəlif rayonlarındakı xəstəxanalarda müalicə olunurlar.

Bundan əlavə, bir neçə yaşayış binasının uçması halları da qeydə alınıb.

Qeyd edək ki, Banqladeşin paytaxtında ötən gün səhər saatlarında 5,7 maqnitudalı zəlzələ olub.

"Report"
OXŞAR XƏBƏRLƏR