Banqladeşin keçmiş baş naziri həbs ediləcək

DÜNYA
13:02 17.10.2024
109
Banqladeş məhkəməsi avqustun 5-də Hindistana qaçan keçmiş baş nazir Şeyx Hasina Vacidin həbsinə order verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsi (İKT) keçmiş baş nazir Hasinaya qarşı irəli sürülən ittihamlarla bağlı qərarını açıqlayıb.

Məhkəmə Hasinanın bu ilin iyul və avqust aylarında tələbələrin kütləvi etirazları zamanı törətdiyi iddia edilən bəşəriyyətə qarşı cinayətlərə görə həbs olunmasına qərar verib.

İKT-nin oktyabrın 14-də verdiyi açıqlamada yüzlərlə insanın öldüyü tələbə etirazlarından sonra Hindistana gedən Hasinanın ekstradisiyası üçün Beynəlxalq Kriminal Polis Təşkilatından (İnterpol) kömək istəyəcəkləri bildirilib.

Banqladeşdə müvəqqəti hökumət tələbə etirazlarında 708 nəfərin həyatını itirdiyini açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR