Barak Obama Tim Hovarda saqqalını qırxmağı məsləhət gördü

İDMAN
13:37 04.07.2014
2007
ABŞ prezidenti Barak Obama ölkəsinin futbol üzrə yığmasının liderlərinə zəng vuraraq onları uğurlu çıxış münasibəti ilə təbrik edib.

Tim Hovards və Klint Dempsi ilə danışan B.Obama ABŞ-ın onlarla fəxr etdiyini bildirib.

“Uşaqlar bizə yığmamızla fəxr etmək üçün şans yaratdığınız üçün sizə təşəkkür edirəm...Tim, qayıdanda, camaatın əlindən necə qurtaracaqsan, bilmirəm! Heç kimin səni tanımaması üçün saqqalını qırxmalı olacaqsan”, - deyən B.Obama futbolçulara uğurlar arzulayıb.

Öz növbəsində futbolçular ABŞ prezidentinə öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, Dünya çempionatının 1/8 finalında Belçika yığması ilə üz-üzə gələn ABŞ-ın qapıçısı Tim Hovards möhtəşəm performans sərgiləyib.

Bu oyunda 16 qurtarış edən qapıçı böyük populyarlıq qazanıb. /// sportbox.az

OXŞAR XƏBƏRLƏR