Barak Obama özünə doğum günü partisi keçirəcək - Koronavirusa məhəl qoymadı

Barak Obama özünə doğum günü partisi keçirəcək - Koronavirusa məhəl qoymadı
DÜNYA
14:04 03.08.2021
1217
ABŞ-ın keçmiş prezidenti Barak Obama koronavirusa baxmayaraq özünə doğum günü partisi keçirəcək.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-n keçmiş prezidenti Barak Obama yubileyini qeyd etməyə hazırlaşır.

Avqustun 4-də Obama ailəsi ABŞ-ın keçmiş prezidentinin 60 illik yubileyi münasibətilə bir araya gələcək. Parti Massaçusetts əyalətində, Atlantik okeanın Vineyard adasında təşkil olunacaq.

Ancaq pandemiya dövründə, xüsusilə Delta variantının artdığı bir vaxtda Obamanın qərarı səhiyyə işçilərini narahat edib.

Bildirilir ki, dəvətlilərdən ziyafətə gəlməzdən əvvəl koronavirusun mənfi testi haqqında sənəd tələb olunacaq.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR