Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi bəlli oldu

Barama FinTech Hackathon müsabiqəsinin 3 qalibi bəlli oldu
İQTİSADİYYAT
16:10 02.11.2017
1164

Azercell Telekom və PAŞA Bank-ın dəstəyi, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin və ADA Universitetinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli Barama FinTech Hackathon 2017 Mobile App layihəsi böyük həyəcanla başa çatdı. Xatırladaq ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Beləliklə, 50-dən artıq gənc proqramçının və 16 komandanın qatıldığı yarışmanın 3 qalib komandası bəlli oldu:

1-ci yerin sahibi – "Crocusoft” komandası "Coupay” layihəsi ilə 1500 azn dəyərində hədiyyə qazandı. Layihə alış-veriş zamanı yığılan bonus məbləğlərini mobil telefon vasitəsilə istifadə etməyə imkan verir.  

2-ci yerin sahibi – "Conexus” komandası "Nova wallet”layihəsi ilə 750 azn dəyərində hədiyyə qazandı. Bu layihə bitcoin və valyutaları dəstəkləyən elektron pul qabıdır.

3-cü yerin sahibi - "Meraki" komandası "Handy App” layihəsi ilə 450 azn dəyərində hədiyyə qazandı. Həmin layihə isə qrup şəklində insanlar arasında kartdan-karta  pul köçürülməsi əməliyyatlarının həyata keçirmək funksiyasını özündə cəmləmiş bir proqramdan ibarətdir.

Onu da qeyd edək ki, tədbirin Media dəstəyi  Barama Media və technote.az saytı tərəfindən təmin edilmişdi.

Azercell Telekom-un Barama İnnovasiya Mərkəzi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkət kimi fəaliyyət göstərməsinə dəstək verəcək.

 

Daha ətraflı məlumat üçün [email protected]ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi
14:18 22.06.2025
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi