Bu ilin ikinci ən çox gəlir əldə edən filmi halına gələn və bütün dünyada gündəmdən düşməyən "Barbie" filminə qadağa qoyan ölkələrin sayı artmaqdadır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, film iyulun 21-də nümayiş olunduqdan sonra bütün dünyada 1 milyard dollardan çox gəlir əldə edib.
İlk olaraq Vyetnam filmi qadağan edib.
Film həmçinin Livanda da nümayiş olunmayacaq.
Film Livandan sonra Küveytdə də qadağan edilib. Küveyt mətbuatında çıxan xəbərlərdə Küveytin "ictimai etika"nı qorumaq üçün yuxarıda adı çəkilən qərarı aldığı qeyd edilib.
Vyetnam, Livan və Küveytdəki qadağa qərarından sonra filmin Pakistanın Pəncab əyalətində nümayişi filmdə "uyğun olmayan məzmun” olduğu səbəbilə təxirə salınıb. Ötən ay açıqlama verən Pakistan rəsmiləri etiraz edilən məzmunun nə olduğu barədə danışmayıblar.
Filmin nümayişi uzun müddət müzakirə edilən ölkələrdən biri də Filippin olub. Filippin ada ölkəsi filmə qadağa qoymaq əvəzinə, filmdə yer aldığı iddia edilən Cənubi Çin dənizində Çinin iddia etdiyi torpaqları göstərən "doqquz tireli” xəritəni kəsmək qərarına gəlib.
Gülay