Barış Mançonun əsl adı başqa imiş - Oğlu açıqladı

Barış Mançonun əsl adı başqa imiş - Oğlu açıqladı
DÜNYA
12:47 08.02.2022
840
Barış Mançonun əsl adı məlum olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Anadolu rok musiqisinin əfsanəvi ustadı Barış Mançonun vəfatından 23 il keçir.

1999-cu ilin fevralında dünyasını dəyişən ustad sənətkarın oğlu Doğukan Manço müsahibə zamanı atasının əsl adını açıqlayıb.

Məlum olub ki, hər kəsin Barış Manço kimi tanıdığı sənətçinin əsl adı Tosun Yusuf Mehmet Barış Mançodur.

Qeyd edək ki, məşhur müğənni Azərbaycanda da kifayət qədər sevilir və musiqiləri günümüzdə də dinlənilir. 
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR