"Barış pınarı” əməliyyatında 415 terrorçu məhv edildi

"Barış pınarı” əməliyyatında 415 terrorçu məhv edildi
DÜNYA
10:12 12.10.2019
4404
"Barış pınarı” ("Barış bulağı”) antiterror əməliyyatı nəticəsində indiyədək 415 terrorçu zərərsizləşdirilib.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.
 
//BakuPost.az
OXŞAR XƏBƏRLƏR