“Baron Şəmi” tutuldu – 35 kq narkotiklə

KRİMİNAL
15:51 07.01.2016
2918
Masallıda külli miqdarda müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı rayon Polis şöbəsi əməkdaşlarının yanvarın 6-da həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, "Baron Şəmi" ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR