Avropa Komissiyasının sədrini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salıb
İyunun 14-də Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının sədrini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola salıblar.
