Arda Turanı satmağa hazırlaşan "Barselona" onun yerinə yeni futbolçu transfer etmək istəyir.
"Qaynarinfo" "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu artıq bu mövqeyə iki namizəd tapıb.
Bunlardan birinin "Borussiya"dan (Dortmund) Marco Reus olduğu deyilir. Digər namizəd isə "Sevilya"dan Vitolonun olduğu bildirilir.
Qeyd edək ki, Arda Turanın "İnter" və "Arsenal"ın hədəfində olduğu deyilir. "Barselona" onu 25 milyon avroya satmaq niyyətindədir.