“Barselona” azarkeşləri Messinin PSJ-yə keçidinin qarşısını almaq üçün Avropa Komissiyasına şikayət ediblər

“Barselona” azarkeşləri Messinin PSJ-yə keçidinin qarşısını almaq üçün Avropa Komissiyasına şikayət ediblər
İDMAN
22:21 08.08.2021
967
"Barselona” azarkeşlərinin maraqlarını təmsil edən hüquq şirkəti Messinin PSJ-yə keçidinə mane olmaq məqsədilə Avropa Komissiyasına müraciət hazırlayıb.

Bu barədə "Marca” məlumat verib.

Müraciətdə Messinin keçidinin maliyə "Fair Play”i qaydalarına zidd olduğu bildirilib. Qeyd olunub ki, PSJ-nin maliyyə vəziyyəti "Barselona”dan da ağırdır. Belə ki, fransız klubu gəlirinin 99%-ni məvaciblərə sərf edir.

Digər tərəfdən, azarkeşlərin fikrincə Fransanın paytaxt klubunun məvaciblərə bu qədər vəsait xərcləməsi ölkə çempionatında rəqabəti aşağı salır.
OXŞAR XƏBƏRLƏR