İspaniya "Barselona"sının rəhbərliyi komandanın baş məşqçisi Ronald Kumanla danışıqlara başlayıb.
Kataloniya təmsilçisi niderlandlı mütəxəssislə yeni müqavilə imzalamaq istəyir.
Lakin sözləşmənin yenilənməsi üçün bir sıra şərtlər yerinə yetirilməlidir: komanda yaxşı oyun nümayiş etdirməli, titullar qazanmalı, baş məşqçi klubun müəyyən etdiyi strategiyaya riayət etməlidir.
Qeyd edək ki, Ronald Kuman "Barselona"ya ötən ilin avqustundan başçılıq edir.
///Report