İspaniya La Liqasının 11-ci həftəsində derbidə "Real Madrid"i qəbul edəcək "Barselona"nın xüsusi olaraq buraxdığı formalar satışa çıxarılıb.
AZXEBER.COM İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun formasının üzərində məşhur "Rolling Stones" musiqi qrupunun loqosu var.
Kataloniya komandasının 399 avroya satışa çıxardığı forma azarkeşlərin böyük marağına səbəb olub və qısa zamanda tükənib.
"Barselona" klubundan verilən açıqlamada, 2999 avroya satılan imzalı formaların satışının davam etdiyi bildirilib.
Günel