"Barselona" futbolçusu ilə müqavilə müddətini uzatdı

"Barselona" futbolçusu ilə müqavilə müddətini uzatdı
İDMAN
18:54 21.08.2025
200
İspaniya təmsilçisi "Barselona" yarımmüdafiəçisi Frenki de Yonqun maaşını artıraraq müqaviləsini uzatmağı düşünür.

Kataloniyalılar niderlandlı yarımmüdafiəçi ilə yeni müqavilənin detallarını hazırlayırlar.

Bu yaxınlarda yeni agentlə anlaşan 28 yaşlı futbolçunun illik qazancının 9 milyon avroya qədər artırılması müzakirə olunur.

Futbolçunun sözləşmə müddətinin isə 2028-ci ilə qədər uzadılması gözlənilir. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Frenki de Yonq ötən mövsüm 46 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
OXŞAR XƏBƏRLƏR