"Barselona" futbolçusu ilə yeni müqavilə imzalayıb

İDMAN
18:30 30.01.2025
198
İspaniyanın "Barselona" klubu yarımmüdafiəçisi Pedri ilə müqavilə müddətini yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, futbolçunun əvvəlki müqaviləsi 2026-cı ildə başa çatacaqdı.

OXŞAR XƏBƏRLƏR