"Barselona" İtaliya klubunun hücumçusunu transfer etmək istəyir

"Barselona" İtaliya klubunun hücumçusunu transfer etmək istəyir
İDMAN
19:59 27.02.2025
388
İspaniyanın "Barselona" klubu "Milan"ın (İtaliya) hücumçusu Rafael Leaonu transfer etmək istəyir.

Kataloniya klubu futbolçuya rəsmi təklif irəli sürməsə də, İtaliya təmsilçisinə məlumat sorğusu göndərib.

25 yaşlı forvard ötən ilin yanvarında Səudiyyə Ərəbistanından gələn təklifi rədd etmişdi.

Qeyd edək ki, R.Leaonun "Milan"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir və buna əsasən ildə 7 milyon avro qazanır. Futbolçu bu mövsüm İtaliya A Seriyasında meydana çıxdığı 25 oyunda 5 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. Onun müqaviləsində 175 milyon avroluq sərbəst qalma maddəsi də var.
 
///report
OXŞAR XƏBƏRLƏR