Bu gün Kataloniya parlamentinin İspaniyada birtərəfli müstəqilliyini elan etməsindən sonra əhali Barselona küçələrinə axışıb.
AZXEBER.COM NTV-yə istinadən xəbər verir ki, minlərlə katalon əllərində Kataloniya bayrağı ilə müstəqilliyi qeyd etməyə başlayıb.
Qeyd edək ki, Kataloniya parlamentində keçirilən gizli səsvermədə 70 nəfər müstəqilliyin lehinə, 10 nəfər isə əleyhinə səs verib. 2 nəfər isə səs verməkdən imtina edib.


