"Barselona" müdafiəçisi ilə müqaviləni yeniləyib

"Barselona" müdafiəçisi ilə müqaviləni yeniləyib
İDMAN
19:58 24.01.2025
317
İspaniyanın "Barselona" klubu müdafiəçisi Jerar Martinlə müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, J.Martin bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 18 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR