"Barselona"nın hücumçusu Rafinya Kataloniya nəhəngi ilə yeni müqavilə imzalaya bilər.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Relevo” məlumat yayıb.
"Barsa” rəhbərliyi braziliyalı üçün maaş artımı ilə müqavilə hazırlayır.
Müqavilə başa çatdıqdan sonra Rafinya komandanın ən yüksək maaş alan oyunçularından birinə çevriləcək. Tərəflər arasında yeni razılaşmanın 2030-cu ilin yayına qədər davam edəcəyi gözlənilir.
Bu mövsüm yarımmüdafiəçi 40 matçda iştirak edib. O, 25 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.