"Barselona" İspaniya çempionatında "Real"ın rekordunu təkrarlayıb.
Kataloniya təmsilçisi buna La Liqanın IX turunda "Betis"i məğlub etməklə (5:2) nail olub.
Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv bu turnirdə ardıcıl 9 oyunda qələbə qazanıb.
1968/1969 mövsümündə "Real" İspaniya çempionatında ardıcıl 9 oyunda qalib gəlib.
Xatırladaq ki, La Liqanın X turunda "Barselona" məhz Madrid klubunu qəbul edəcək. Qarşılaşma oktyabrın 25-də baş tutacaq.











































