"Barselona" tarixinin ən bahalı transferini etdi

"Barselona" tarixinin ən bahalı transferini etdi
İDMAN
12:40 07.01.2018
2146
"Barselona” "Liverpul”un futbolçusu Filipo Koutinyonutransfer edib. 

AZXEBER.COM xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Məlumata görə, "Barselona" "Liverpul"a 120 milyon avro ödəyəcək. Daha 40 milyon avro isə bonus şəkilində veriləcək. Transfer qısa müddətdə rəsmiləşəcək. Braziliyalı futbolçu 5,5 illik müqavilə imzalayacaq.

"Barselona" tarixinin ən bahalı futbolçusu olacaq Kountinyo Neymar və Kilian Mbappedən sonra dünyanın ən bahalı üçüncü transferi kimi tarixə düşəcək.

Qeyd edək ki, 2013-cü ildə 10 milyon avroya "Liverpul"a transfer olunan Kountinyo İngiltərə klubunda 201 rəsmi oyuna çıxaraq 54 qol vurub.
OXŞAR XƏBƏRLƏR