"Barselona" türkiyəli futbolçu ilə vidalaşdı

İDMAN
21:00 13.01.2022
199
İspaniya "Barselona"sı futbolçusu Yusuf Demirlə yollarını ayırıb.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, türk əsilli avstriyalı yarımmüdafiəçi ilə icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 19 yaşlı oyunçu sabiq komandası olan Avstriya "Rapid"inə (Vyana) qayıdıb.

İddiaya görə, Kataloniya təmsilçisinin istedadlı futbolçu ilə vidalaşmasına maliyyə çətinliyi səbəb olub. Demir "Barselona"nın heyətində 10 rəsmi matça çıxacağı halda, klub 10 milyon avro təzminat ödəyib onu heyətinə qatmalı idi. Bu üzdən La Liqa klubu 9 rəsmi oyun keçirmiş yarımmüdafiəçini göndərməyə qərar verib.

Qeyd edək ki, Yusuf Demir İspaniya çempionatında 3, UEFA Çempionlar Liqasında isə 6 qarşılaşmada meydana çıxıb.

OXŞAR XƏBƏRLƏR