'Barselona' UEFA-ya şikayət etdi

12:11 05.04.2013
1420
"Barselona” Çempionlar Liqasının 1/4 finalında PSJ ilə oyunu idarə edən almaniyalı hakim Volfqanq Ştarkın idarəçiliyindən UEFA-ya şikayət edib.Katalon klubunun bu addımı atmasına referinin verdiyi qərarlar səbəb olub.Belə ki, kataloniyalıların fikrincə, hakim Ştark Paris təmsilçisinin hücumçusu Zlatan İbrahimoviçin oyunun 79-cu dəqiqəsində vurduğu qolu oyundankənar vəziyyətdə olarkən qeydə alıb. “Barsa” nümayəndələri referinin bu qərarını səhv kimi qiymətləndirərək ali futbol qurumuna narazılığını bildiriblər.
OXŞAR XƏBƏRLƏR