‘Barselona’ və ‘Bavariya’ yarımfinalda

İDMAN
02:13 04.04.2012
1644

Bu gün Çempionlar Liqasının ilk 2 yarımfinalçısının adına aydınlıq gələcək. Barselona və Münhendəki qarşılaşmalarla 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. Qarşılaşmalardan ən çox maraq kəsb edəni “Milan” və “Barselona” arasında olacaq. İlk oyunda heç-heçə ilə kifayətlənən rəqiblər “Nou Kamp”da üz-üzə gələcəklər. Bu matçla müqayisədə digər cütdə yarımfinalçının adına müəyyən ölçüdə aydınlıq gəlib. Çünki “Bavariya”nın səfərdə 2 top fərqi ilə üstünlüyünü öz meydanında əldən verəcəyi inandırıcı deyil.(apasport.az) 3 aprel “Barselona” (İspaniya) – “Milan” (İtaliya) - 3:1 Messi, 11; 41 (hər ikisi penaltidən); İnyesta, 53 - Noçerino, 33 İlk oyun – 0:0 “Bavariya” (Almaniya) – “Marsel” (Fransa) - 2:0 Oliç, 11; 35 İlk oyun – 2:0

OXŞAR XƏBƏRLƏR