Barselonada 15 nəfər ağır xəsarət aldı

DÜNYA
08:11 23.08.2012
1314
Barselonada yük maşınının turistləri daşıyan tramvay ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.
Həkimlər hadisə yerində 4 nəfərə yardım ediblər, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.Hadisənin səbəbləri araşdırılır. 
Son dəfə Barselonanın turist tramvayı 2009-cu ildə idarəetməni itirərək qəzaya uğrayıb. Hadisədə 9 nəfər xəsarət almışdı.

OXŞAR XƏBƏRLƏR