"Barselona"nın hücumçusu Luis Suares İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la cavab oyununu buraxa bilər.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu dizindəki zədədən əziyyət çəkir. Klub Suareslə bağlı rəsmi açıqlama yaymasa da, məşqçilər heyətinin 31 yaşlı forvardın durumuna görə narahat olduğu bildirilir. Çünki təcrübəli oyunçu dizindəki zədəyə görə ötən ilin noyabr ayında da 2 həftə oynaya bilməmişdi.
Qeyd edək ki, "Real" - "Barselona" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Kubokun yarımfinalındakı ilk "El-Klassiko"da qalib müəyyənləşməmişdi - 1:1.