Rafinya Alkantara və Pako Alkaserin "Barselona"dan gedəcəkləri dəqiqləşib.
AZXEBER.COM Goal.az-a istinadən bildirir ki, hər iki futbolçunun adı La Liqanın 2-ci turunda "Valyadolid"lə oyunda iştirak ərizəsinə salınmayıb. Onlarla bağlı rəsmi açıqlamanın yaxın 1-2 gündə veriləcəyi bildirilib.
Qeyd edək ki, Rafinyanın "Betis"ə, Alkantaranın isə "Dortmund Borussia"sına keçəcəyi gözlənilir