İspaniyanın "Barselona" komandasının baş məşqçisi Hans-Diter Flik ingiltərəli futbolçu Markus Reşfordun mümkün transferini təsdiqləyir.
Bu barədə AS nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi "Atletik"də çıxış edən Niko Uilyamsın keçidinin baş tutmamasına və Luis Diasa görə "Liverpul"la danışıqların çətinləşməsi səbəbindən Reşforda yönəlib.
"Mançester Yunayted" isə 27 yaşlı hücumçunun transferindən təxminən 48 milyon avro qazanmaq niyyətindədir.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
///report