“Barselona”nın əfsanəsi futbola vida edir

“Barselona”nın əfsanəsi futbola vida edir
İDMAN
15:31 26.09.2025
182
İspaniya millisinin və "Barselona”nın sabiq kapitanı Serxio Buskets futbolçu karyerasını başa vurur.

AZXEBER.COM xəbər verir ki, hazırda "İnter Mayami”də çıxış edən 38 yaşlı yarımmüdafiəçi MLS mövsümünün sonunda futboldan ayrılacağını açıqlayıb. O, qərarını sosial şəbəkədə paylaşdığı video vasitəsilə elan edib:

"Artıq karyerama vida deməyin vaxtının gəldiyini hiss edirəm. Təxminən 20 il ərzində bu inanılmaz hekayədən həzz aldım. Çox xoşbəxt, qürurlu və minnətdar halda futboldan ayrılıram. Hər kəsə təşəkkür edirəm”.

Buskets 2005-ci ildə "Barselona”nın akademiyasına qoşulub, daha sonra əsas komandada Pep Qvardiolanın rəhbərliyi altında debüt edib. O, Kataloniya klubunda 722 oyun keçirərək tarixin ən çox forma geyinən futbolçularından biri olub.

İspaniya millisində isə 143 dəfə meydana çıxan yarımmüdafiəçi 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, "İnter Mayami” artıq MLS pley-off mərhələsinə vəsiqə qazanıb. Busketsin son oyunu oktyabrın 12-də "Atlanta Yunayted”ə qarşı olacaq.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR