"Barselona"nın futbolçusu "Arsenal"a keçə bilər

"Barselona"nın futbolçusu "Arsenal"a keçə bilər
İDMAN
20:24 25.12.2024
421
İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barərə məşhur insayder Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, "Arsenal" qışda cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

London təmsilçisi 26 yaşlı oyunçunu almaq üçün böyük məbləğ ödəməli olacaq.

Qeyd edək ki, Kunde cari mövsüm Kataloniya təmsilçisinin heyətində 25 matçda iştirak edib, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
OXŞAR XƏBƏRLƏR