İspaniyanın "Barselona" klubunun və Uruqvay millisinin futbolçusu Ronald Arauxo əməliyyat olunub.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Finlandiyanın Turku şəhərində cərrahi müdaxiləyə ehtiyac duyub.
Arauxo İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə zədələnib. Oyunçunun 20 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.
Qeyd edək ki, Ronald Arauxo 2019-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir.