“Barselona”nın müdafiəçisi Dani Alveş ÇL-nın 1/4 finalındakı rəqibləri haqda açıqlama verib.Braziliyalı futbolçu rəqib haqda danışarkən Zlatan İbrahimoviçi xüsusi qeyd edib: “Bir vaxtlar onunla eyni komandada oynadığım üçün qürur duyuram. Əvvəl də onunla qarşılaşmışıq. İndi də onun əvvəlki oyununun şahidi oluruq”İsveçli oyunçunun qol vurmamağı üçün əlindən gələni edəcəklərini söyləyən Alveş onu təhlükəli hücumçu adlandırıb: “O, çox bacarıqlı hücumçudur. Hər an qol vura bilər. Ancaq onu dayandırmağa çalışarkən digər oyunçuları da zərərsizləşdirməliyik”