İspaniyanın "Barselona" klubunun 22 yaşlı yarımmüdafiəçisi Qavi La Liqanın II turunda "Elçe" ilə matçda (5:0) zədələnib.
Birinci hissənin sonunda əvəzlənən futbolçuya sağ dizin əzilməsi diaqnozu qoyulub.
Onun dəqiq bərpa müddəti bəlli olmasa da, onun yaxın vaxtlarda məşqlərə qayıdacağı gözlənilir.
Qeyd edək ki, ispaniyalı futbolçu 2023-cü ildə ön çarpaz bağların qırılması səbəbindən ağır diz zədəsi almışdı.
///report///











































