''Barselona''nın iki futbolçusu Premyer Liqa yolunda

İDMAN
21:40 17.10.2012
1307

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

AZXEBER.COM-un "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Daha öncə "Barselona"dan Yaya Tureni transfer edən Mançester təmsilçisi bu dəfə Fabreqasla güclənmək niyyətindədir. Tərəflər arasında razılıq əldə olunarsa, ispaniyalı futbolçu yanvar ayından "Mançester Siti"də çıxış edəcək.

Qeyd edək ki, "Mançester Siti" "Barselona"nın dayaq yarımmüdafiəçisi Serxio Buskestlə də maraqlanır.

OXŞAR XƏBƏRLƏR