“Barselona”nın istədiyi daha bir futbolçu Səudiyyə Ərəbistanına üz tutdu

İDMAN
17:12 25.06.2023
244
"İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İtalyan jurnalist Canluka Di Marsionun yaydığı məlumata görə, xorvatiyalı futbolçu "Ən-Nəsr”lə anlaşıb.

Ərəblər 30 yaşlı futbolçu üçün Milan klubuna 23 milyon avro ödəyəcəklər. Brozoviç "Ən-Nəsr”lə üç illik müqavilə imzalayacaq və ilinə 20 milyon avro məvacib alacaq.

Xatırladaq ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu da sözügedən komandada çıxış edir.

Qeyd edək ki, Brozoviçin adı "Barselona” ilə hallanırdı. Daha əvvəl Kataloniya təmsilçisinin istədiyi Ruben Neveş ("Vulverhempton”) digər Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal”a keçib.
OXŞAR XƏBƏRLƏR