"Barselona"nın qapıçısı zədə səbəbindən mövsümü başa vurub

"Barselona"nın qapıçısı zədə səbəbindən mövsümü başa vurub
İDMAN
19:59 23.09.2024
247
İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən mövsümü başa vurub.

O, La Liqanın VI turunda "Vilyarreal"a (5:1) qarşı keçirilən matçda sıradan çıxıb.

İlk hissənin sonlarında yerdə qalan almaniyalı əlcək sahibi meydanı xərəkdə tərk edib. 32 yaşlı qolkiper yaxın müddətdə əməliyyat olunacaq.

Qeyd edək ki, Mark-Andre ter Ştegenin 8 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.
OXŞAR XƏBƏRLƏR