Baş direktor: “Azərbaycanda yeraltı təkanlar gündən-günə artır”

Baş direktor: “Azərbaycanda yeraltı təkanlar gündən-günə artır”
SOSİAL
12:50 27.03.2024
205
"2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
"Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, - Q.Yetirmişli vurğulayıb.
OXŞAR XƏBƏRLƏR