Baş Dövlət Yol Polis idarəsində qanun pozuntuları aşkarlandı

Baş Dövlət Yol Polis idarəsində qanun pozuntuları aşkarlandı
11:50 03.04.2013
2237

Azərbaycan Respublikası Hesablama Palatası DİN Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar edib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Modern.az saytına Milli Məclisdəın məlumat verilib. Bildirilib ki, Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti haqqında parlamentə təqdim olunan hesabatında Baş Dövlət Yol Polisi İdarəsindəki nöqsanlardan bəhs edilib. Belə ki, 2012-ci ildə Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanılması və ödənilməsinin auditini aparıb. Audit nəticəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının tələblərinə riayət olunması ilə yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da aşkar edilib. Belə ki, auditlə əhatə olunan dövrdə dövlət rüsumlarının uçotu düzgün təşkil edilməyərək 834606,0 manat məbləğində dövlət rüsumu hesabatlarda əks etdirilməyib, 01 yanvar 2012-ci il tarixə dövlət rüsumları üzrə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsində hesabatlarda əks etdirilməyən 696486,51 manat artıq ödəmə nəzərə alınmaqla 138119,49 manat məbləğində dövlət rüsumu xüsusi vəsait kimi uçota alınaraq dövlət büdcəsinə ödənilməyib. Eyni zamanda, bəyannamə təqdim edilmədiyi halda sair vergilər, hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş yol vergiləri daxilolma kimi Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsinə işlənilmiş və nəticədə 01 yanvar 2012-ci il tarixə 675021,61 manat, inzibati cərimələr üzrə isə 172050,0 manat artıq ödəmə yaranmış, qanunvericiliklə vətəndaşlar tərəfindən törədilmiş inzibati xətalara görə nəzərdə tutulmuş cərimələrin ödənilməsi tam təmin edilməmişdir. Qeydiyyatda olan avtonəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin daha da gücləndirilməsinə ehtiyac olduğu müəyyən edilib. Audit nəticəsində, həmçinin dövlət rüsumlarının uçotunun aparılmasında şəffaflığın daha da artırılmasının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin təsnifatı üzrə kodların təkmilləşdirilməsi, dövlət büdcəsinə əsassız artıq ödəmə məbləğlərinin yaranmasının qarşısının alınması məqsədilə fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin hesablanması, bəyan edilməsi və uçotunun aparılmasının qanunvericilik aktları ilə tam şəkildə tənzimlənməsi zərurətinin olduğu aşkarlanıb. Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib və həmin qərara əsasən, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə təqdimat, Vergilər Nazirliyinə isə müvafiq məlumat göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edilib. Hesablama Palatasının məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktublarında audit nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair bir sıra tədbirlərin yerinə yetirildiyi göstərilib. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məktuba əsasən büdcəyə ödənilməmiş 138119,49 manat məbləğində vəsaitin (dövlət rüsumunun) dövlət büdcəsinə ödənilməsi təmin olunub, yol hərəkətində qayda pozuntuları üzrə törədilmiş inzibati xətalara görə qanunvericiliklə nəzərdə tutulmuş cərimələrin tam ödənilməsi istiqamətində zəruri tədbirlər görülərək Baş Dövlət Yol Polisi İdarəsi öz növbəsində Mərkəzi Bank tərəfindən imzalanmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulub. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində hazırlanmış xüsusi kompüter proqramı vasitəsilə İdarənin ərazi və nizami hissələrinin hər bir əməkdaşı tərəfindən yol hərəkəti qayda pozuntuları ilə bağlı inzibati xəta haqqında tərtib edilmiş protokolların sayı və onların icrasından daxil olan vəsaitlər barədə məlumatların operativ şəkildə əldə olunması təmin edilib. Vergilər Nazirliyinin cavab məktubunda isə auditin nəticələrinə uyğun olaraq hesabatlarda əks etdirilməmiş 834606,0 manat məbləğində dövlət rüsumunun Baş Dövlət Yol Polisi İdarəsinə hesablanması və dövlət büdcəsinə ödənilməsinin (o cümlədən, 696486,51 manat məbləğinin şəxsi vərəqədə olan artıq ödəmənin əvəzləşdirilməsi hesabına) təmin edilməsi göstərilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
17:17 14.06.2025
İrandan Rusiyaya aparılan qarpız yükündə 207 kq marixuana Azərbaycanda aşkarlanıb
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
16:57 14.06.2025
Hakan Fidan Ceyhun Bayramovla İsrail-İran gərginliyini müzakirə edib
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
16:46 14.06.2025
Britaniya XİN başçısı İran və İsraili təmkinli olmağa çağırıb
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
16:27 14.06.2025
Şagirdlər müəllimləri ilə 33 il sonra “Son zəng”i qeyd etdilər - VİDEO
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
16:11 14.06.2025
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
15:55 14.06.2025
Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
15:48 14.06.2025
Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
15:24 14.06.2025
Ceyhun Bayramov: Azərbaycan ərazisindən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
15:24 14.06.2025
Nuran "Özəl biri"ni təqdim etdi - VİDEO
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
15:08 14.06.2025
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
14:52 14.06.2025
Prezidentin köməkçisi: Qafqazdakı yeni status-kvo beynəlxalq hüquqa əsaslanır
İranda daha üç nüvə alimi öldürüldü
14:42 14.06.2025
İranda daha üç nüvə alimi öldürüldü
Füzuli şəhərində "Son zəng" çalındı - FOTOLAR
14:41 14.06.2025
Füzuli şəhərində "Son zəng" çalındı - FOTOLAR
Bakıda və bölgələrdə 2 gün güclü külək əsəcək
14:31 14.06.2025
Bakıda və bölgələrdə 2 gün güclü külək əsəcək
Cəbrayıl şəhərində ilk dəfə 32 ildən sonra “Son zəng” çalındı
14:20 14.06.2025
Cəbrayıl şəhərində ilk dəfə 32 ildən sonra “Son zəng” çalındı
Klublararası dünya çempionatı FİFA 2025 bu kanallarda yayımlanacaq
13:53 14.06.2025
Klublararası dünya çempionatı FİFA 2025 bu kanallarda yayımlanacaq