Baş geyimsiz rinqə çıxan boksçularımız biabırçı məğlubiyyətlə üzləşdi

İDMAN
10:38 16.02.2013
1500
Qazaxıstanın Astana şəhərində 4 ölkənin milli komandalarının iştirakı ilə beynəlxalq turnirə start verilib.AZXEBER.COM-un Azərbaycan Boks Federasiyasına istinadən verdiyi xəbərə görə, boksçularımız rinqə ilk dəfə baş geyimi olmadan çıxıblar.Boks üzrə yığma komandamızın ilk rəqibi meydan sahibləri olub. Qarşılaşma millimiz üçün uğursuz alınıb-1:9. 10 döyüşün doqquzunda yerli idmançılar qalib gəliblər. Yalnız 91 kq çəki dərəcəsində Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov Anton Pinçuk üzərində qələbə qazanıb.Digər görüşlərdə boksçularımızdan Münasib Məmmədov (49 kq), Kamran Məlikov (52 kq), İlkin Ağayev (56 kq), Şaban Şahpələngov (60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev (69 kq), Emil Əhmədov (75 kq), Rauf Rəhimov (81 kq) və Kamran Mehdiyev (91+kq) qazaxıstanlı rəqiblərinə uduzublar. Yerli komandada Birjan Jakipov, İlyas Süleymanov, Kayrat Yeraliyev, Berik Əbdürrəhmanov, Merey Akşalov, Daniyar Yeleusinov, Janibek Alimxanulı, Adilbek Niyazimbetov və İvan Dıçko qalib gəlib.

OXŞAR XƏBƏRLƏR