Baş həkim: “Ermənlərin atəşi nəticəsində qəlpə yarası alan qadının vəziyyəti stabildir”

Baş həkim: “Ermənlərin atəşi nəticəsində qəlpə yarası alan qadının vəziyyəti stabildir”
SOSİAL
10:14 05.07.2017
846

 

 "Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində qəlpə yarası alan, hərbi hospitala çatdırılaraq əməliyyata götürülən 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının səhhəti hazırda stabildir”.

Bunu "Report”a Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

O bildirib ki, döş qəfəsinin qəlpə yarası diaqnozu ilə əməliyyata götürülən xəstənin həyatı üçün heç bir təhlükə yoxdur: "Bir-iki gündən sonra xəstə bizim xəstəxanaya gətiriləcək. Hesab edirəm ki, bir həftəlik müalicədən sonra hətta evə də yazıla bilər”.

Qeyd edək ki, Ermənistan tərəfinin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

OXŞAR XƏBƏRLƏR