Baş həkimin oğlunun "Lexus"la öldürdüyü mərhumun yaxınları danışdı: "Şikayətçi deyilik"

Baş həkimin oğlunun "Lexus"la  öldürdüyü mərhumun yaxınları danışdı:  "Şikayətçi deyilik"
SOSİAL
14:42 19.09.2017
3845

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oğlunun qəza törətməsi ilə bağlı xəbər vermişdik.

Məlumata görə,  paytaxtın Teymur Əliyev küçəsində 10-SD-908 dövlət qeydiyyat nişanlı, "Lexus" markalı avtomobili idarə edən Mehdizadə Toğrul Nizami oğlu yolu keçən 1986-ci il təvəllüdlü Ağayev Ramin Ramiz oğlunu vurub. Nəticədə piyada ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

AZXEBER.COM olaraq mövzu ilə bağlı mərhum  hadisənin təfərrüatlarını öyrənmək üçün Ağayev Ramin Ramiz oğlunun ailə üzvləri ilə əlaqə saxlamağa çalışıb. Mərhumun yaxınlarının sözlərinə görə, hadisəni törədən Toğrul Mehdizadənin atası Nizami Mehdizadə mərhumun yas mərasimində iştirak edib və ailə üzvlərinə baş sağlığı verib. Mərhumun yaxınları ilə danışmağa imkan verməyən şəxsin sözlərinə görə, ailənin hadisəni törədən şəxsdən heç bir şikayəti yoxdur. 

 

Qeyd edək ki, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oğlunun qəza törətməsindən danışmışdı. O açıqlamasında hadisənin piyadaya görə baş verdiyini və oğlunun hadisəni törədən zaman içkili olmadığını bildirmişdi:

"Hadisə piyadanın günahı səbəbindən baş verib. Övladım hadisə baş verən ərazidən qaçmayıb. Polis əraziyə gəlib araşdırma aparıb. İçkili olub-olmamasını araşdırıb. Övladımın indiyədək dilinə içki dəyməyib. Araşdırmadan da məlum olub ki, o, içkili olmayıb. Araşdırmanın yekun nəticəsindən asılı olaraq, qanun nəyi tələb edirsə, o da olacaq. Hazırda övladım saxlanılıb"



 


OXŞAR XƏBƏRLƏR