Baş infeksionist: Guya karantin dövründə insanlar rayonlara getmirdi?

Baş infeksionist: Guya karantin dövründə insanlar rayonlara getmirdi?
SOSİAL
14:50 08.09.2020
1370
"Rayonlara gediş-gəlişin açılması ölkədə koronavirusun yayılma səviyyəsinə ciddi təsir etməyə bilər".
 
AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
 
O qeyd edib ki, ölkədə tətbiq edilən sərt karantin qaydalarında yumşalmalar olsa da, insanlar hər an ehtiyatlı olmalıdır: "Ümid edirəm ki, yumşalmalar, rayonlara gediş-gəlişin bərpası virusun yoluxmasını artırmaz. Yoluxmanın yayılması insanların qaydalara nəzarət etməməsindən irəli gəlir. Əgər insanlar qaydalara əməl edərlərsə, məsafə saxlayarlarsa, bu halda yoluxma arta bilməz. Bunu da insanlar dərk etməlidirlər.
 
Bu gündən yollar açılıb, insanlar rayonlara gedib-gəlirlər. Amma bu o demək deyil ki, insanlar rayonda qapı-qapı bütün evlərə getməlidirlər, ara məsafəsi saxlamalı deyillər. Bütün hallarda tətbiq edilən qaydalara riayət olunmalıdır. Qaydalara görə, insanlar öz şəxsi avtomobilləri ilə ailə üzvləri ilə birlikdə rayonlara gedir. Sadəcə həmin ailə rayonda qohum-əqraba ilə çox təmasda olmasalar, başqa qohumları ilə telefonla əlaqə saxlasalar, yoluxma artmayacaq. Digər tərəfdən, rayon yerində sıxlıq müşahidə olunmur. Və həmin ailələr qaydalara əməl etsələr, yoluxma sayında artım olmayacaq".
 
C.İsayev bildirib ki, rayonlara taksi ilə gediş-gəlişdə təhlükə ola bilər: "Yəni əgər rayonlara sərnişin daşıyan taksiyə 4 müxtəlif şəxs minərsə, bu halda qismən təhlükə ola bilər. Amma bu halda da vətəndaşlar diqqətli olmalıdırlar. Özlərində hər hansısa bir simptom hiss edən şəxs taksi ilə rayona getməməlidir. Bir sözlə, Bakıda bu qaydalara necə nəzarət edilirsə, elə rayonlarda da eyni səviyyədədir.
 
Rayona gedən insanla xüsusi söhbətlər aparılmalıdır. Guya karantin dövründə insanlar rayonlara getmirdi? Ezamiyyət və ya hansısa bir işlə əlaqəli insanlar rayonlara gedib-gəlirdi. Onlar qaydalara rayonda da əməl etdikləri üçün yoluxmalar artmırdı. İndi də eyni qaydalara riayət olunsa, yoluxma nəinki artmayacaq, əksinə azalacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uqandada avtobus aşdı - 20 məktəbli ölüb
18:17 17.07.2026
Uqandada avtobus aşdı - 20 məktəbli ölüb
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək